Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“Samsung” bükük smartfon hazırlayır


Tayvanın “DigiTimes” nəşrinin məlumatına görə, Cənubi Koreyanın “Samsung Electronics” şirkəti bükük smartfonlar hazırlayır və ilin sonunda belə qurğuların istehsalına başlaya bilər.

Nəşr yazır ki, “Samsung”, həmçinin bir neçə başqa istehsalçı (“Apple”, “LG Electronics” və “Microsoft”) ABŞ Patent Bürosuna elastik ekranla təchiz edilmiş bükük smartfonların işini və konstruksiyasını təsvir edən patentlərin qeydiyyatı üçün ərizə ilə müraciət ediblər.

“ICTnews” Elektron Xəbər Xidməti “dailycomm.ru” saytına istinadən yazır ki, “Samsung” 2017-ci ilin dördüncü rübündə belə qurğuların sınaq istehsalına başlamağı planlaşdırır, ancaq 2018-ci ilin ikinci yarısınadək, çətin ki, kütləvi buraxılış olsun, çünki şirkətlər bir sıra texniki problemləri həll etməlidirlər.

Əsas çətinliklərdən biri bükük telefonların istehsalında əsas komponent sayılan möhkəm poliamid plastik altlığın kütləvi istehsalı ilə bağlıdır.

Emil Hüseynov





10/02/17    Çap et