Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Dünya planşet bazarının həcmi 6.6% azalıb


“TrendForce”analitik şirkətinin hesablamasına görə, 2016-cı ildə planşetlərin qlobal tədarük həcmi 6.6% azalaraq 157.4 milyon təşkil edib. Ancaq mütəxəssislər qeyd edirlər ki, aparıcı planşet brendlərinin illik göstəriciləri ilin sonunda bayramqabağı dövrdə tələbatın artması sayəsində gözləntilərdən yüksək olub.

"Ümumilikdə ötən il aparıcı brendlərin tədarük həcmində cüzi azalma qeydə alınıb – “TrendForce”un analitiki Anita Vanq deyib. “Apple” və “Amazon” şirkətləri planşetlərin dünya göstəricisinə mühüm töhfə veriblər, həm də sonuncu öz planşetlərinin illik tədarük həcmini iki dəfə artırıb. Başqa brendlər, həmçinin “Huawei”, “Lenovo” və “Acer” şirkətləri tədarük həcmini artırmağa nail olublar".

“ICTnews” Elektron Xəbər Xidməti “dailycomm.ru” saytına istinadən yazır ki, eyni zamanda mütəxəssis bildirib ki, "white-box" sxemi üzrə işləyən və hər hansı firmaya aid olmayan məhsul istehsal edən şirkətlər planşet displeyinin çatışmazlığı səbəbindən güclü zərərə məruz qalıblar. Nəticədə “white-box” modellərinin tədarük həcmi ötən illə müqayisədə 20% azalıb" – Anita Vanq deyib.

“TrendForce” şirkətinin qiymətləndirməsinə görə, ötən il dünya bazarına 48,8 milyon "adsız" planşet tədarük edilib.

Mütəxəssislər tərəfindən tərtib edilmiş reytinqdə “Apple” şirkəti liderdir. Sözügedən şirkət ötən il1ə müqayisədə 4,1% az (42,55 milyon) planşet istehsal edib.

27 milyon planşet tədarük etmiş “Samsung” şirkəti ikinci yeri tutub. 2015-ci illə müqayisədə Cənubi Koreya nəhənginin tədarük həcmi 19.4% azalıb.

Emil Hüseynov





16/02/17    Çap et