Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“Timelines.com” şirkəti “Facebook”u hüquqlarını pozmaqda ittiham edib


“Timelines.com” saytına malik olan Amerikanın “Timelines” şirkəti “Facebook” sosial şəbəkəsinə qarşı məhkəmə iddiası verib. O, “Facebook” şəbəkəsini yeni “Timeline” funksiyasının “Timelines” şirkətinin biznesini məhv edə bilməkdə ittiham edib.

“Timelines.com” xidməti istifadəçilərə şəxsi və ya tarixi hadisələr haqqında məlumatlarla asan şəkildə mübadilə etməyə imkan yaradır.

Hadisələrə təsvir, şəkil, bağlantı və video birləşdirmək olar. Hadisələrdən başqa, insanlara, şirkətlərə və s-ə həsr edilmiş səhifələr də yaratmaq olar.

“Timelines” və “Timelines.com” brendlərinin hüquqlarına malik olan “Timelines” şirkəti, həmçinin “Facebook” şəbəkəsini onun ticarət markasının hüquqlarını pozmaqda ittiham edir.

“Facebook” nümayəndələri bu barədə heç bir şərh verməyiblər. “Timeline” “Facebook”da istifadəçi profillərinin yeni versiyasıdır.




03/10/11    Çap et