Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Prezident İlham Əliyev “Airbus” şirkətinin icraçı vitse-prezidenti ilə görüşüb


Martın 13-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Parisdə "Airbus" şirkətinin müdafiə və kosmik sistemlər üzrə icraçı vitse-prezidenti Nikolya Şamosi ilə görüşüb.
 
AZƏRTAC xəbər verir ki, görüşdə Azərbaycan ilə "Airbus" şirkəti arasında bir neçə ildir uğurlu əməkdaşlığın həyata keçirildiyi, yaxşı perspektivlərin olduğu bildirildi. Kosmik sahədə, xüsusilə yeni təyinatlı, daha yüksək nəticələr əldə etməyə imkan verən peyklərin hazırlanması ilə bağlı əməkdaşlıq barədə fikir mübadiləsi aparıldı.





13/03/17    Çap et