Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“Facebook” istifadəçiləri zərərli bağlantılardan qoruyacaq


“Facebook” sosial şəbəkəsi ilə “Websense” şirkətinin əməkdaşlığının nəticəsi kimi zərərli məzmuna malik saytlara olan bağlantılardan yeni müdafiə mexanizmi olacaq. Bu barədə şirkətin bloqunda bildirilib.

İstifadəçilərin keçid etdikləri hər bağlantı yoxlanılacaq. Əgər yoxlanılan tərəfdə təhlükəli məzmun olsa, istifadəçi xəbərdarlıq görəcək və müvafiq səhifəyə keçid etməkdən çəkinə biləcək.

Analiz real zaman rejimində “Websense” tərəfindən hazırlanmış “ACE” (Advanced Classification Engine) texnologiyası vasitəsi ilə aparılacaq. İstəkdən asılı olaraq, istifadəçi saytın nə üçün təhlükəli sayıldığı barədə ətraflı öyrənə bilər, həmçinin xəbərdarlığa baxmayaraq, zərərli ünvana keçid edə bilər.

“Facebook”da xarici bağlantılar üzrə keçid etdikdə mövcud olan xəbərdarlıq mexanizmi qeyri-mükəmməldir, belə ki faydalı bağlantıları zərərli bağlantılardan ayırmır” – “Websense” bloqunda qeyd edilib.

1994-cü ildə əsası qoyulmuş “Websense” şirkəti internetdə təhlükəsizliyin təmin olunması üzrə həllərin hazırlanması ilə məşğul olur. Şirkətin baş ofisi San-Dieqoda yerləşir.




04/10/11    Çap et