Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“Microsoft” korporasiyası “Windows Vista” əməliyyat sisteminin dəstəyini dayandırıb


11 aprel 2017-ci il tarixində “Microsoft” korporasiyası “Vista” əməliyyat sisteminin dəstəyini rəsmən dayandırıb. Şirkət dəfələrlə bu sistemi öz tarixində ən uğursuz platforma adlandırıb. Bundan sonra sözügedən əməliyyat sistemi üçün təhlükəsizlik yeniləmələri çıxarılmayacaq, həmçinin tapılmış səhv və nasazlıqlar aradan qaldırılmayacaq.

“ICTnews” Elektron Xəbər Xidməti “belta.by” saytına istinadən yazır ki, xatırladaq ki, 2007-ci ilin yanvarında istifadəçilərin ixtiyarına verilmiş “Windows Vista” əməliyyat sistemi populyar “XP” platformasını əvəz edib. Yeni əməliyyat sistemi güclü elektron içliyə malik kompüter tələb edirdi. O dövrdə çox az kompüter “Vista” sisteminin xüsusi effektlərini göstərə bilirdi. Bundan başqa, bu və ya digər əməliyyatın edilməsinə icazə istəyən “User Account Control” funksiyası istifadəçiləri qıcıqlandırırdı. Buna görə istifadəçilər “Windows XP” platformasına üstünlük verirdilər, 2 il sonra isə yeni “Windows 7” sistemindən istifadə etməyə başlayıblar. 2017-ci ilin martına olan statistikaya görə, fərdi kompüterlərin 0,72%-i “Vista” sistemi ilə işləyib.

Emil Hüseynov





12/04/17    Çap et