Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“Microsoft” korporasiyası “Zune” pleyerlərinin istehsalını dayandırıb


“Microsoft” korporasiyası “Zune” seriyası portativ mediapleyerlərinin hazırlanmasının və istehsalının dayandırılmasını elan edib.

“Zune” seriyasının ilk qurğuları 2006-cı ildə çıxarılıb. “Microsoft” şirkətinin rəhbəri Stiv Ballmer o zaman bildirib ki, pleyerlər “Apple iPod”-a ciddi rəqabət təşkil etməlidir.

Lakin “Zune” pleyerinin elanından dərhal sonra aydın oldu ki, ona tələbat azdır. Nəticədə "Aypod" ilə hətta 5 illik mübarizədən sonra belə “Microsoft” pleyerləri bazarda “Apple” pleyerlərini ciddi sıxışdıra bilmədi. Məlumat üçün qeyd edək ki, analitiklərin hesablamalarına əsasən, “Apple” şirkətinin pleyerləri keçən il Amerika bazarının 77%-ni tutublar.

Bundan sonra “Microsoft” korporasiyasının portativ-qurğu sahəsində “Windows Phone” ilə işləyən smartfonlarının irəliləyişi üçün səy göstərəcəyi qeyd edilib.




05/10/11    Çap et