Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

RİTN nümayəndəsi Malayziyada beynəlxalq təlim-seminarda iştirak edir


13-17 iyun tarixlərində Malayziyanın Kuala-Lumpur şəhərində YUNESKO-nun himayəsi altında olan Beynəlxalq Elm və İnnovasiya Mərkəzinin İSESKO ilə birlikdə təşkil etdiyi “Elm, texnologiya və innovasiya: Sosial-iqtisadi transformasiya üçün strukturlaşmış innovasiyanın istifadə edilməsi” mövzusunda keçirilən beynəlxalq təlim-seminar davam edir. Dünyanın müxtəlif ölkələrinin nümayəndələrinin qatıldığı beynəlxalq tədbirdə ölkəmizi Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin nümayəndəsi Şəbnəm Məmmədova təmsil edir.
Beynəlxalq tədbirdə nümayəndəmizin Azərbaycanda İKT-nin inkişafı və gələcək perspektivləri ilə bağlı çıxış edəcəyi gözlənilir.




14/06/11    Çap et