Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Neyron şəbəkə yuxu rejimini qaydasına salacaq


Yaponiyanın Osaka Universitetinin alimləri insanın yuxuda çıxardığı səslərin yazılması əsasında diaqnostika metodikası hazırlayıblar.

“ICTnews” Elektron Xəbər Xidməti “Naked Science” resursuna istinadən yazır ki, səsin yazılması üçün yalnız smartfon tələb olunur. Səs yazısını emal edən alqoritm özünütəşkiletmə kart üsulu - özünəöyrədən neyron şəbəkə sistemi əsasında yaradılıb. Adətən belə şəbəkələrdən məlumatların klaster analizi üçün istifadə olunur.

Məlumata görə, alimlər metodikanı hazırlayarkən insanların yuxularının səslərini onların polisomnoqrafiya (xüsusi kompüter komplekslərindən istifadə etməklə xəstənin yuxusunun tədqiqi) məlumatları ilə müqayisə ediblər. Məlum olub ki, müəyyən qanunauyğunluqlar mövcuddur: məsələn, dərin yuxu mərhələsində (delta yuxu) adətən xorultu yaranır, dişlərin qıcırtısı isə “yüngül” yuxu mərhələsində əmələ gəlir. Belə markörlər hansı yuxu mərhələsində pozulmaların yaranmasını izləməyə imkan verir. Gələcəkdə alqoritmi təkmilləşdirməyi planlaşdıran mütəxəssislər kənar səs-küyün tanınması sistemini yaxşılaşdırmaq niyyətindədirlər.

Bundan əvvəl alimlər tərəfindən yuxunun çoxdan unudulan informasiyanı xatırlamağa kömək etməsi müəyyənləşdirilib.

Nizam Nuriyev 





21/04/17    Çap et