Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Hər gün “Kindle Fire” planşetinə 50 min sifariş qeydə alınır


Keçən həftə “Amazon” internet mağazası tərəfindən təqdim edilmiş “Kindle Fire” planşet kompyuterinə olan ilkin sifarişlərin sayı rekord vurur.

Yeniliyi almaq arzusunda olanların sayı orta hesabla saatda 2000 insan təşkil edir. Bir gün ərzində ilkin sifarişlərin sayı 50 minə çatır. Əgər belə tendensiya davam etsə, o zaman planşetin tədarükçüsü 2,5 milyona qədər sifariş alacaq.

“Kindle Fire” planşeti 1 QHz takt tezlikli 2 nüvəli “Tİ OMAP4” prosessoru, 7 düymlü 1024×600 piksel kəskinlikli sensor ekran, 8 Qb fləş yaddaş, “Wi-Fi” simsiz əlaqə adapteri, “USB 2.0” portu və s. ilə təchiz edilib.




06/10/11    Çap et