Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Məhdud sayda yeni “Vertu” mobil telefonu buraxılıb


Bahalı qurğular istehsalçısı - “Vertu” şirkəti yeni “Signature Cobra Limited Edition” mobil telefon modelini təqdim edib.
   
“ICTnews” Elektron Xəbər Xidməti “CHIP” resursuna istinadən yazır ki, 8 ədəd tirajla buraxılacaq mobil telefonun hər birinin qiyməti 360 min dollar təşkil edəcək. Qurğu Fransanın “Boucheron” zərgərlik şirkətinin mütəxəssislərinin iştirakı ilə əllə yığılıb.
 
Telefonun korpusu bədəni 439 yaqut daşından, gözləri zümrüddən ibarət ilan şəkilli barelyeflə bəzədilib.
 
Qurğunun interfeysi barədə məlumat verilmir.
 
Nizam Nuriyev 





24/05/17    Çap et