Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Analitiklər istehlak robotları bazarının həcminin 5 qat artımını proqnozlaşdırırlar


"Tractica" tədqiqat şirkəti növbəti 5 ildə istehlak robotlarının qlobal tədarükünün 5 qat artımını proqnozlaşdırır.
 
"ICTnews" Elektron Xəbər Xidməti "dailycomm.ru" saytına istinadən yazır ki, gözləntilərə görə ev, oyun və təhsil robotlarının geniş yayılması fonunda istehlak robotlarının tədarük həcmi 2016-cı ildə 10 milyondan 2022-ci ildə 50,7 milyonadək artacaq. Eyni zamanda pul baxımından istehlak robotları bazarının həcmi 3,8-dən 13,2 milyard dollaradək yüksələcək.
 
Proqnozu şərh edən "Tractica" şirkətinin analitiki Manoj Sahi bildirib ki, istehlak robotları bazarında evi təmizləmək üçün nəzərdə tutulmuş modellərin yüksəliş mərhələsi sona yaxınlaşır və indi şəxsi köməkçi rolunu yerinə yetirən robotlar böyük populyarlıq qazanır.
 
Emil Hüseynov





24/05/17    Çap et