Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

İnternetdə saytların sayı yarım milyardı ötüb


“Netcraft” tədqiqat şirkəti bildirib ki, 2011-ci ilin oktyabr ayında internetdə fəaliyyət göstərən saytların sayı yarım milyardı ötüb.

Dərc edilmiş məlumatlara əsasən, internetdə oktyabr ayının əvvəlində 504,08 milyon sayt və şəxsi bloq olub. Bu göstərici sentyabr ayı ilə müqayisədə 3.8% (18 milyon) çoxdur.

“Netcraft” qeyd edib ki, saytların yerləşdikləri bütün əsas proqram veb-serverləri öz istifadəçi bazasını artırıblar, belə ki, bazarda liderlik edən “Apache” veb-serveri xidmət etdiyi saytların bazasını 10 milyon artırıb, lakin ümumi faiz göstəriciləri üzrə onun ümumi bazası bir qədər azalıb.




07/10/11    Çap et