Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

18 nüvəli prosessor təqdim ediləcək


“Intel” şirkəti yaxın vaxtlarda 18 nüvəli “Intel Core i9-7980XE” prosessorunu təqdim edə bilər. İstehsalçı eyni zamanda müvafiq olaraq 14 və 16 nüvəli yeni “Core i9-7940X” və “i9-7960X” prosessorlarını hazırlayacaq.

“ICTnews” Elektron Xəbər Xidməti “lenta.ru” saytına istinadən yazır ki, “Core i9-7980XE” prosessoru “LGA 2066” sistem lövhələri ilə uyğun olan “CPU Skylake-X” sinfinə aiddir. Bu çip “PCI Express 3.0” kompüter şinini və “DDR4 2666” əməli yaddaş kontrollerini dəstəkləyir.

Məlumata görə, “Intel” şirkəti 18 nüvəli “Core i9-7980XE” prosessorunu “AMD”-nin 16 nüvəli “Threadripper” prosessoruna cavab kimi hazırlayıb. Təxminlərə görə, 14, 16 və 18 nüvəli “i9” prosessorları 2017-ci ilin payızında istifadəyə veriləcək. Ancaq yeni prosessorların qiyməti və başqa xarakteristikaları məlum deyil.

Emil Hüseynov





30/05/17    Çap et