Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“Samsung” şirkəti yeni noutbukunu təqdim edib


“Samsung” şirkəti Taybeydə keçirilən “Computex 2017” sərgisində yeni “Notebook 9 Pro” noutbukunu təqdim edib. Sözügedən noutbuk iki versiyada (13,3 və 15,6 düymlük ekranlar) əlçatandır. Kiçik modelin qalınlığı 16mm, çəkisi 1,3 kq-dır, böyük modelin qalınlığı 17 mm, çəkisi isə 400 qr ağırdır. Hər iki noutbuk görünüşcə eynidir və 360 dərəcə fırlanan sensor ekrana malikdirlər. Bundan başqa, “Samsung” şirkəti “Notebook 9 Pro” noutbukunu “Windows 10” üçün geniş funksiya dəstinə malik “S Pen” stilisu ilə təchiz edib.
 
“ICTnews” Elektron Xəbər Xidməti “4pda.ru” saytına istinadən yazır ki, “Notebook 9 Pro” noutbuku “Full HD” formatlı ekran, “Intel Core i7-7500U” prosessoru, “Intel HD Graphics 620” daxili videokartı, 256 QB-lıq “SSD” disk, 1,5 Vattlıq iki dinamik, videozənglər üçün “Windows Hello” dəstəkli “HD” kamera, iki mikrofon, “Wi-Fi 802.11ac”, “Bluetooth 4.1” modulları və 54 Vatt/saat tutumunda akkumulyatorla təchiz edilib. 15 düymlük model əlavə olaraq 2 QB-lıq video yaddaşa malik “AMD Radeon 540” diskret videokartı və 16 QB-lıq DDR4 tipli əməli yaddaşa malikdir. Noutbuklar, həmçinin 2 ədəd “USB 2.0”, 1 ədəd “USB Type-C”, “HDMI” konnektorları, “microSD” slotu və qulaqlıqlar üçün çıxış ilə təchiz edilib.
 
“Samsung Galaxy” smartfonlarının sahibləri “Notebook 9 Pro” noutbukunda daxil olan zəngləri qəbul edə, mesajlara cavab verə və mobil qurğunun tərkibinə simsiz şəbəkənin köməyi ilə baxa biləcəklər.
 
Emil Hüseynov




01/06/17    Çap et