Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Azərbaycanda elektron təhlükəsizlik üzrə struktur yaradıla bilər


Azərbaycan ölkədə elektron təhlükəsizlik üzrə idarənin yaradılması üçün beynəlxalq təcrübəni öyrənir. Bu barədə Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin Hüquq və kadrlar şöbəsinin müdiri Bəxtiyar Məmmədov məlumat verib.

"Hökumətə artıq Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi yanında elektron təhlükəsizlik üzrə idarənin yaradılması barədə təklif göndərilib", - Məmədov bildirib.

Strukturun yaradılmasında məqsəd milli internet-mühitin təhlükəsizliyini təmin etmək, informasiya sistemi və resurslarında boşluqların vaxtında aşkar olunması, onların aradan qaldırılması və bu sahədə fəaliyyət göstərən digər strukturlara yardım etməkdir.

B.Məmmədovun sözlərinə görə, qlobal informasiya birliyinin formalaşdırılması ilə dövlətlərarası qarşıdurma virtual aləmə keçir.

"Virtual şəbəkənin mümkün təhlükələrdən qorumaq üçün informasiya təhlükəsizliyinin təmin olunması vacibdir. Proqram təminatının daxili mexanizminin, eləcə də mövcüd şəbəkə hücumlarının iş prinsipinin öyrənilməsi xüsusilə vacibdir", - o qeyd edib.

Ekspertlərin rəyinə görə, son illərdə fişinq-insidentlərin, spamların və s. əhəmiyyətli dərəcədə sayı artıb. B.Məmmədovun sözlərinə görə, belə arzuolunmaz insidentlərin qarşısını almaq xüsusilə vacibdir.




07/10/11    Çap et