Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“JVC GC-PX10” hibrid videokamerasının qiyməti 900 dollardır (VİDEO)


Oktyabr ayının sonuna kimi 12,75 milyon piksellə və 10 qat optik transfokator obyektivlə olan 1/2, 3 düymlü “KMOP” matrislə təchiz edilmiş “JVC GC-PX10” hibrid videokamerasının satışları başlanacaq.

Qurğu “Full HD” (1920×1080 nöqtə) formatında yüksək dəqiqlikli videoçəkiliş etməyə imkan yaradır. Həmçinin eyni zamanda 8,3 milyon piksel kəskinliklə və saniyədə 60 kadr tezliklə fotoçəkiliş etməyə imkan yaradır. Şəkillərin maksimal kəskinliyi 4000×3000 pikseldir; videonun 640×360 kəskinlikli və saniyədə 300 kadr sürətlə yazma rejimi nəzərdə tutulub.

Kamera şəkillərin emal edilməsi üçün məhsuldar “Falconbrid Engine” prosessoru, təkmilləşdirilmiş stabilləşdirmə sistemi, inteqrasiya edilmiş 32 Qb fləş yaddaş, “SDXC/SDHC/SD” kartları üçün slot, “HDMİ” interfeysi, üz və təbəssümlərin tanınması funksiyaları ilə təchiz edilib.

Qiyməti 900 dollardır, tədarük dəstinə “Windows” əməliyyat sistemləri üçün “LoiLoScope FX” proqram təminatı daxildir.






07/10/11    Çap et