Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“E Fun Nextbook Premium 8:8” düymlü ekranla “Android” planşet


“E Fun” şirkəti “Nextbook Premium 8” planşet kompyuterini 300 dollara təklif edir. Yeniliyin əsasını “ARM” (takt tezliyi dəqiqləşdirilmir) arxitekturası ilə olan “Rockchip RK2918” prosessoru təşkil edir; əməliyyat sistemi “Android 2.3” versiyasıdır (Gingerbread). Kompyuterə səyyah, “Kobo” elektron kitablar onlayn mağazasına giriş üçün proqram, “OfficeSuite Viewer” və bir sıra digər proqramlar quraşdırılır.

İnteqrasiya edilmiş fləş yaddaşın tutumu 4 QB-a (MicroSD kartları hesabına genişlənir) bərabərdir. Tutumlu texnologiya üzrə istehsal edilmiş sensor ekran 8 düym diaqonala malikdir; onun kəskinliyi 800×480 nöqtədir.

Həmçinin planşet 802.11b/g/n dəstəkli “Wi-Fi” simsiz əlaqə kontrolleri, 2 meqapiksel matrislə ön kamera, “Mini USB” portu ilə təchiz olunub. “Nextbook Premium 8” planşet kompyuterlərinin sifarişləri artıq başlanıb.




10/10/11    Çap et