Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Yeni “Lenovo” qurğularının təqdimat tarixi məlum olub


"Lenovo” şirkəti sentyabrın 1-6-da Berlində keçiriləcək “IFA 2017” sərgisinin açılışı ərəfəsində baş tutacaq tədbirin tarixini rəsmən açıqlayıb. Yeni qurğuların avqustun 31-də nümayişi planlaşdırılır.
 
“ICTnews” Elektron Xəbər Xidməti “Ferra” resursuna istinadən yazır ki, sərgidə hansı “Lenovo” məhsullarının nümayiş olunacağı barədə məlumat verilmir.
 
Buna baxmayaraq “Yoga” seriyalı yeni noutbukların, smartfonların, eləcə də “Moto Z” smartfonları üçün “Moto Mod” funksional panelinin təqdim ediləcəyi ehtimal edilir.
Nizam Nuriyev 





10/07/17    Çap et