Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“Microsoft” korporasiyası söz verib


“Microsoft Windows Phone” bölməsinin rəhbəri Endi Lis korporasiyanın mobil istiqamətdə olan nailiyyətlərini şərh edib.

Onun sözlərinə əsasən, hərçənd ki “Windows Phone” əsasında olan smartfonların satışları hələ çox yüksək deyil, lakin korporasiya böyük uğura nail ola bilib: o, mobil telefonlar bazarında yenidən etibar qazanıb".

Cənab Lis vurğulayıb ki, “Microsoft” korporasiyası 2012-ci ildə “Windows Phone” mobil əməliyyat sistemini populyarlığına görə “Android” və “iOS”-dan sonra üçüncü smartfon platforması etməyi hesablayır. Lakin korporasiya rəhbəri satışlar ilə bağlı hər hansı göstərici qeyd etməyib.

Ehtimal ki, “Windows Phone” mobil əməliyyat sistemi ilə işləyəcək ikinüvəli prosessor və “LTE” modulları ilə olan ilk smartfonlar 2012-ci ildə istehsal ediləcək. Bundan başqa, “Microsoft” korporasiyası bildirib ki, artıq “Windows Phone”-un növbəti versiyası üzərində işləyir.




10/10/11    Çap et