Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“Amazon Spark” sosial şəbəkəsi istifadəyə verilib


“Amazon” şirkəti məşhur internet mağazasında alış-veriş edilməsi üçün nəzərdə tutulan “Spark” sosial şəbəkəsini istifadəyə verib. Şəbəkədən “iOS” əməliyyat sistemli qurğular üçün yenilənmiş “Amazon” proqramından istifadə etmək mümkündür.
 
“ICTnews” Elektron Xəbər Xidməti “Ferra” resursuna istinadən yazır ki, “Amazon” mağazasında qeydiyyatdan keçən istifadəçilər bir-biri ilə məhsulların təsvirlərini, onlara verilən rəyləri bölüşə, alışı müzakirə və müqayisə edə biləcəklər.
 
Şirkətin saytında qeyd olunur ki, “Amazon Spark” əşyaları və sizin maraqları bölüşən insanları tapmağa imkan verən məkandır.
 
“Android” əməliyyat sisteminin idarəetməsi ilə işləyən qurğular üçün “Amazon Spark” əlavəsinin yaxın vaxtlarda istifadəyə veriləcəyi gözlənilir.  
 
Nizam Nuriyev





20/07/17    Çap et