Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“Ağıllı” “Microsoft” termostatı otaqda temperatura nəzarət edəcək


"Microsoft" korporasiyası "Johnson Controls" şirkəti ilə birlikdə "ağıllı" "GLAS" termostatını yaradıb.
 
"ICTnews" Elektron Xəbər Xidməti "Life" resursuna istinadən yazır ki, şəffaf sensor ekrana malik termostat istifadəçilərə otaqda temperaturu ölçməyə, enerjidən istifadəni və havanın keyfiyyətini yoxlamağa, eləcə də təqvim günlərini qeyd etməyə imkan verəcək. "Microsoft Windows 10 IoT Core" əməliyyat sisteminin idarəetməsi ilə işləyən qurğu "Cortana" səsli köməkçi funksiyasını da dəstəkləyəcək.
 
"Microsoft" nümayəndələrinin sözlərinə görə, "GLAS" mənzildə insanların mövcudluğunu müəyyənləşdirən ötürücülərlə təchiz olunacaq və havanın keyfiyyətinə həm otağın daxilində, həm də eşikdən nəzarət edəcək.
 
Videoda istehsalçı qurğunu böyük və kiçik biznes ofis binaları üçün termostat kimi təqdim edir. Qurğudan adi istehlakçıların yararlana biləcəyi barədə məlumat verilmir.
 
Nizam Nuriyev 







20/07/17    Çap et