Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“Android Market” Çində fəaliyyətini dayandırıb


Çin ərazisində “Android Market” (Android platforması üçün proqramlar internet mağazası) fəaliyyətini dayandırıb. Bu barədə “TechRice” bloqu bildirib. “Blockedinchina.net” xidməti təsdiq edib ki, “market.android.com” saytı Çin kompyuterlərindən açılmır.

Məlum olduğu kimi, “Android” platformasının hazırlaması ilə “Google” şirkəti məşğul olur. Qeyd etmək lazımdır ki, “Google” şirkəti Çin hakimiyyəti ilə münaqişədədir.

2010-cu ilin yanvar ayında “Google” senzura siyasəti ilə razılaşmayaraq Çindən gedişini elan edib və Honkonq ərazisindən Çin istifadəçiləri üçün axtarış sistemini işə salıb. Qeyd edək ki, Honkonqda Çində qəbul edilmiş qanunların qüvvəsi yoxdur .

Çində “Google”-un “YouTube” videohostinqi və “Google+” sosial şəbəkəsi daxil olmaqla, bir çox veb-xidmətləri bloklanıb, həmçinin “Facebook” və “Twitter” mikrobloqlar xidmətinə də giriş bağlanıb.




10/10/11    Çap et