Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Yeni üsul informasiyanı itkisiz ötürəcək


Çinin Syamın Universitetinin tədqiqatçıları iki xüsusiyyətə - özünü fokuslama və optik effektə malik optik linza hazırlayıblar. İndiyədək birlikdə nümayiş etdirilməyən xüsusiyyətlər Talbot adlanan effekt sayəsində “işıq kodu”nu yaratmağa imkan verib.
 
“ICTnews” Elektron Xəbər Xidməti “Life” resursuna istinadən yazır ki, alimlər sübut edib ki, iki xüsusiyyət birləşməsindən informasiyanın keyfiyyət və sürəti itmədən kodlaşdırılmış rəqəmli siqnalın ötürülməsi üçün istifadə etmək olar.
 
Qeyd olunur ki, yeni kəşf yüksək səmərəli rabitə optik sistemlərinin əsasını təşkil edə bilər.   
 
Bildirilir ki, tədqiqatın uğurla başa çatacağı, hazırlanan prototipin isə dayanıqlı iş nümayiş etdirəcəyi təqdirdə difraksiya yoxluğundan və Talbot effektindən kodlaşdırılmış optik təsvirlərin uzaq məsafələrə yüksək keyfiyyətlə ötürülməsi üçün istifadə mümkün olacaq.   
 
Nizam Nuriyev 





31/07/17    Çap et