Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“Facebook” sosial şəbəkəsi “iPad” üçün proqram hazırlayıb


“Facebook” sosial şəbəkəsi “iPad” üçün proqram təqdim edib. Proqram “iPad” planşet sahiblərinə öz qurğularında sosial şəbəkədən olan əlavələrin uyğunlaşdırılmış versiyalarını icra etməyə imkan yaradacaq. Bu barədə “Facebook” bloqunda bildirilib.

“Facebook” mühəndisləri iddia edirlər, yeni proqram “Apple” şirkətinin planşetlərinin sahiblərinə dostlarla ünsiyyət saxlamağa, videoya baxmağa və şəkillərlə işləməyə imkan yaradacaq.

“Reuters” qeyd edib ki, “Facebook”, yeni məhsulları təqdim edərək hər ay mobil qurğular vasitəsi ilə “Facebook”dan istifadə etməyə üstünlük verən 350 milyon istifadəçidən əlavə gəlir əldə edə bilər. Qeyd edək ki, “Facebook” şəbəkəsinin auditoriyası 800 milyonu ötür.




11/10/11    Çap et