Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

İndi unikal funksiyalara malik “Samsung Internet” brauzeri əlçatandır


Cari ilin martında istifadəçilərin xahişini nəzərə alan Cənubi Koreya istehsalçısı “Pixel” və “Nexus” smartfonları üçün “Samsung Internet” brauzerinin beta-versiyasını çıxarıb və indi bütün “Android” istifadəçiləri bu proqramı quraşdıra bilərlər. Sözügedən brauzer “Chromium” mühərriki əsasında işləyir və unikal funksiyalara malikdir.
 
“ICTnews” Elektron Xəbər Xidməti 4pda.ru saytına istinadən yazır ki, “Chromium” mühərriki əsasında işləyən istənilən brauzerdə mövcud olan sinxronlaşdırma və məxfilik rejimindən başqa “Samsung Internet” brauzeri rahat oxumaq üçün yüksək kontrast rejimini, “Bluetooth”  və “WebVR” standartını dəstəkləyir. “Samsung” şirkəti istifadəçiləri zəhlətökən reklamdan uzaq tutmaq, veb səhifələrin yükləməsini sürətləndirmək üçün daxili məzmun bloklama funksiyası əlavə ediblər.
 
Tərtibatçılar brauzeri təkmilləşdirməyə dair söz veriblər.
 
Emil Hüseynov





14/08/17    Çap et