Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“Google” zəif internetə malik regionlar üçün “Search Lite” mobil proqramını sınaqdan keçirir


“Google” şirkəti zəif internetə malik regionlarda tətbiq üçün nəzərdə tutulmuş “Search Lite” proqramının sınaqlarına başlayıb. Hələ ki, bu proqram yalnız İndoneziyada əlçatandır.
 
“ICTnews” Elektron Xəbər Xidməti itc.ua saytına istinadən yazır ki, “Search Lite” mobil proqramının funksional imkanları adi krossplatformalı proqramların imkanları ilə oxşardır. Məsələn, istifadəçilər axtarış sorğularını klaviaturadan və ya səslə daxil edə bilərlər. Tərcümə imkanları, “Google News” bölməsinə giriş, lokal informasiyanın göstərilməsi (hava proqnozu və sairə) nəzərdə tutulub. Dizayndakı fərqlər nəzərəçarpandır.
 
“Search Lite” mobil proqramı iş prosesində az həcmdə trafik sərf edir.
 
Bu, “Google” tərəfindən zəif internetə malik ölkələr üçün proqramın yüngül versiyasının istifadəyə verilməsi ilə bağlı ilk cəhd deyil. Ötən il Hindistanda məhdud internet çıxışa malik regionlar üçün nəzərdə tutulmuş “YouTube Go” mobil proqramı istifadəyə verilib.
 
Emil Hüseynov





17/08/17    Çap et