Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Yeni “iPhone X” istifadəçinin sifətini tanıyacaq


Sentyabrın 12-də "Apple" yeni smartfon modellərinin təqdimatını planlaşdırır. "iPhone 8" və "iPhone 8 Plus" modelləri ilə yanaşı, yeni qurğulardan birinin "iPhone X" adlanacağı məlum olub.

"ICTnews" Elektron Xəbər Xidməti "Life" resursuna istinadən yazır ki, "iPhone X" modelinin buraxılışı ilk "Apple" smartfonlarının satışa çıxarılmasının onilliyinə həsr edilib. Qurğu yeni dizaynlı və kameraları təkmilləşdirilmiş smartfon versiyası kimi işıq üzü görəcək. Lakin onun fərqləndirici cəhətinin "iPhone"u blokdan çıxaran istifadəçinin sifətini tanıya bilən quraşdırılmış skaner olacağı qeyd olunur.

Nizam Nuriyev 





11/09/17    Çap et