Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“BlackBerry” istifadəçilərini yenidən əsəbiləşdirib


”RİM” şirkətinin nasazlıqların aradan qaldırılması haqqında bəyanatından bir neçə saat sonra, “BlackBerry” smartfonlarının sahibləri yenidən səyyahdan, poçtdan, çatdan və digər internet xidmətlərindən istifadə edə bilmirlər, - “Reuters” yazıb. Müvafiq şikayətlər Avropa, Afrika və Yaxın Şərq ölkələrindən gəlib.

“RİM” şirkəti hələ ki təkrar nasazlıqla bağlı şərh verməyib. “T-Mobile” operatoru qeyd edib ki, kanadalılar problemin aradan qaldırılması üzərində işləyirlər. Dünən gecə və bu gün günün birinci yarısında milyonlarla “BlackBerry” sahibləri internet xidmətlərindən istifadə edə bilməyiblər. Nasazlığın Böyük Britaniyada yerləşən “RİM” serverlərində olduğu bildirilib.




12/10/11    Çap et