Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Qızıl “iPhone X” satışa çıxarılacaq


ABŞ-ın qurğuların qeyri-adi dizaynının hazırlanmasında ixtisaslaşan “Brikk” istehsalçısı qızıldan düzəldilən “iPhone X” smartfon modeli üçün ilkin sifarişlərin qəbuluna başlayıb.

“ICTnews” Elektron Xəbər Xidməti “Belta” resursuna istinadən yazır ki, yeni smartfonun ümumilikdə beş kolleksiyasının buraxılacağı bildirilir. Onların birincisi - “Lux iPhone X Mono” arxa tərəfi naxışlı şüşə ilə istehsal ediləcək, smartfonun yan elementləri isə sarı, çəhrayı qızıldan və ya platindən olacaq. Bərbəzəkli yeni qurğunun qiyməti 7,4 min dollar təşkil edəcək.

Məlumata görə, daha dörd kolleksiya - “Classic”, “Deluxe”, “Omni” və “Ingot” qiymətli metal və daşlardan istifadə edilməklə düzəldiləcək. İstehsal xəttində ən bahalısı 250 qram qızıldan hazırlanan “iPhone X” olacaq. Onun qiyməti 69,9 min dollara çatacaq.

Qeyd edək ki, İT nəhəngi “Apple” şirkəti “iPhone X” smartfonunu sentyabrın 12-də təqdim edib. Modeldə blokdan çıxarılma üçün sifətin tanınması texnologiyası tətbiq olunub.

Nizam Nuriyev 





18/09/17    Çap et