Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“Firefox” brauzeri “Windows”un köhnə versiyalarını dəstəkləməyi dayandırır


“Mozilla” şirkəti “Windows XP” və “Windows Vista” əməliyyat sistemlərinin dəstəyini dayandırır.

“ICTnews” Elektron Xəbər Xidməti “4pda.ru” saytına istinadən yazır ki, bundan əvvəl “Google” və “Microsoft” şirkətləri “Windows XP” və “Windows Vista” sistemlərinin dəstəyini dayandırdığı zaman “Mozilla” şirkətinin “Firefox” brauzeri sözügedən əməliyyat sistemlərini dəstəkləyirdi. Şirkət son bəyanatında bildirmişdi ki, “Windows”un köhnə versiyalarının dəstəyi 2018-ci ilin iyununda dayandırılacaq. Bundan sonra “Windows XP” və “Vista” sistemlərindən istifadə edən kompüter sahiblərinə “Firefox” brauzerindən istifadə etmək tövsiyə edilmir, çünki dəstək almayan versiyalar müxtəlif boşluqlara malik ola bilər.

Emil Hüseynov





06/10/17    Çap et