Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“Android” sistemində veb trafikin şifrlənməsi üzrə yeni üsul əlçatan olacaq


“Google” şirkəti təhlükəsiz “HTTPS” protokolunun aktiv irəliləyişindən savayı istifadəçilərin təhlükəsizliyinin gücləndirilməsi üçün daha bir addım atıb. “XDA” proqramçıları aşkar ediblər ki, axtarış nəhəngi “Android” sistemində DNS trafikinin şifrlənməsi üçün yeni "DNS over TLS" mexanizmini sınaqdan keçirir. Funksiyanın əsas vəzifəsi istifadəçilərin DNS sorğularını qorumaqdır.

“ICTnews” Elektron Xəbər Xidməti “4pda.ru” saytına istinadən yazır ki, indi HTTPS üzrə qoşulma zamanı hakerlər DNS trafikə giriş əldə edə bilərlər. Bundan başqa, internet provayderlər bu protokol vasitəsilə istifadəçilərin daxil olduğu bütün veb səhifələrin IP ünvanlarını görürlər. “Google” şirkəti "DNS over TLS" mexanizmi ilə bu boşluğu aradan qaldırmaq istəyir.

“Android” istifadəçiləri "DNS over TLS" funksiyasını istəyə görə aktivləşdirə və deaktivləşdirə biləcəklər.

Emil Hüseynov





26/10/17    Çap et