Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Bu ilin ən maraqlı qurğuları açıqlanıb


Elektronika sahəsi üzrə mütəxəssislər 2017-ci ilin ən maraqlı və qeyri-adi qurğularını açıqlayıblar. Siyahıya “ağıllı” saat, bilərzik və digər oxşar qurğular daxildir. Qeyri-adi qurğular barədə müzakirələr “International Consumer Electronics Show” tədbiri çərçivəsində aparılıb.

“ICTnews” Elektron Xəbər Xidməti “DNI24” resursuna istinadən yazır ki, siyahıda Yaponiyanın “NTT DoCoMo” mobil operatoru tərəfindən hazırlanan və eyni anda dörd ədədədək SİM kartdan istifadəyə imkan verən “SIM Changer Delta” qurğusu sadalanıb. “Portativ SİM” texnologiyası istifadəçiyə istənilən kartın işinə tez keçməyə imkan verir. Bu, müxtəlif operatorların xidmətlərindən yararlanan istifadəçilər üçün çox faydalıdır.

Bundan başqa, “In Motion” xilasetmə çantası xüsusi qeyd olunub. Qurğu insanın yerə yıxılması zamanı onu zərbədən qoruyan təhlükəsizlik yastıqları ilə təchiz olunub. Yıxılmanı xüsusi ötürücü hiss edir. Çantanın ön tərəfində quraşdırılan qurğu insan bədəninin məkanda vəziyyətinin dəyişməsinə həssasdır.

Nizam Nuriyev 





07/11/17    Çap et