Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Yeni texnologiya canlı bakteriyalı “3D” strukturlar çap etməyə imkan verir


İsveçrə və İrlandiya alimləri üçölçülü çap üçün yeni material - bakteriya hüceyrələrindən ibarət "canlı mürəkkəb" hazırlayıblar. Belə sistemlər çirklənmənin təmizlənməsi və enerjinin generasiyası, əczaçılıq preparatlarının istehsalı və geyim üçün yeni sistemlər yaratmağa imkan verəcək.
 
"ICTnews" Elektron Xəbər Xidməti "Naked Science" resursuna istinadən yazır ki, "canlı mürəkkəb" maye mərhələsi həll olunmuş qidalı maddələr və bakteriya hüceyrələri ilə doldurulmuş polimer hidrogeldən ibarət matrisanı özündə birləşdirir. Məsaməli struktur suyun cərəyanını təmin edərək bakteriyaların həyat qabiliyyətini və onların ətraf mühitlə əlaqəsini dəstəkləməyə imkan verir. Tərtibatçılar "Pseudomonas putida" hüceyrələrinin - fenolu utilizasiya edən bakteriyaların olduğu strukturu "3D" printerdə çap edərək ondan istifadəni nümayiş etdiriblər. Onu çirkli suya yerləşdirən alimlər bir neçə gündən sonra mikrobların mayeni tam təmizləməsini görüblər.
 
Bakterial hüceyrələr çap strukturunun daxilində saxlanılır və bir yerdə işlədikdən sonra onu gələcəkdə başqa yerə apararaq işlətmək mümkündür. Lakin alimlərin qarşısında prosesi genişləndirərək "sənaye" ölçüsündə iri strukturların çapının öyrənilməsi vəzifəsi durur.
 
Bildirilir ki, gələcəkdə belə bakteriyalı çap sistemlərindən çirkləndirmənin təmizlənməsi üçün istifadə ilə yanaşı, onları faydalı maddələri və tibbi preparatları sintez edərək mikroblarla doldurmaqla biorektorlarda rahat və effektiv yetişdirməni təmin etmək olar. Müəlliflər bunu da nümayiş etdirərək belə bakteriyaların çap edilmiş strukturda lazımi formalı mürəkkəb "bakterial sellüloz" şəbəkəsi yaratmasını göstəriblər. Bu, yaraların doldurulması üçün populyar materialdır və düzgün implant forması xəstəyə özünü rahat hiss etməyə imkan verəcək.  

Nizam Nuriyev
 






04/12/17    Çap et