Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Azərbaycanda MobilBank istifadəçiləri kartı bloklamaq imkanı əldə edəcəklər


"AzəriCard" prosessinq mərkəzi iOS və Android əməliyyat sistemlərinin idarəçiliyi altında işləyən smartfonlar üçün MobilBank proqramı təqdim edib. Bu barədə "AzəriCard"ın biznesin inkişafı şöbəsinin müdiri Cahangir Məmmədov bildirib.

Məmmədovun sözlərinə görə, bu istiqamətdə işlər aparılır və yaxın vaxtlarda xidmət Apple iPhone smartfonlarının sahibləri üçün açıq olacaq. Android əməliyyat sistemi üçün proqrama gəldikdə, ondan istifadə bir az daha sonra mümkün olacaq. "Biz artıq ilin sonunadək smartfonlar üçün proqramlardan istifadənin mümkün olmasını nəzərdə tuturuq", -o deyib.

Məmmədovun sözlərinə görə, MobilBank xidmətinin özünə gəldikdə, onun funksiyalarına da əlavələr ediləcək. MobilBank-ın artıq istifadəyə verilən yeni versiyasında başlıca yenilik ondan ibarətdir ki, istifadəçilər itirdikləri və ya oğurlandığı vaxt kartı özləri bloklamaq, eləcə də 10 gündən 90 günədək dövrdə hesabdan silmək imkanı əldə ediblər.

Həm də, əgər əvvəllər yalnız Azercell mobil operatorunun xidmətlərinin haqqını ödəmək mümkün idisə, bu gün Bakcell və Azerfon (Azerfon-Vodafone və NarMobile) xidmətlərinin haqqını ödəmək də mümkündür. "Habelə sistemə mərhələli şəkildə başqa İnternet-provayderlər, kabel televiziyası operatorları və başqaları da qoşulacaqlar.

MobilBank-ın imkanlarını maksimum genişləndirməklə biz bu xidməti az qala "mobil çanta"ya çevirmək fikrindəyik. Yəni onu o qədər böyük miqdarda servislərlə təmin etmək fikrindəyik ki, o, sadəcə olaraq, əvəzedilməz olsun və plastik kartların mövcudluğu tələb olunmasın", - Məmmədov deyib.




17/10/11    Çap et