Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“Android” sisteminin yeni versiyası çox az sayda smartfona qurulub


ABŞ-ın “Google” şirkəti tərəfindən dərc edilmiş “Android” mobil əməliyyat sisteminin müxtəlif versiyalarının populyarlığını xarakterizə edən rəsmi statistikaya görə, yeni “Android 8.0 Oreo” versiyası hələ ki istənilən sürətlə yayılmır.

“ICTnews” Elektron Xəbər Xidməti “dailycomm.ru” saytına istinadən yazır ki, 2017-ci ilin dekabrın əvvəlində “Android” sistemi ilə idarə olunan 0,5% aktivləşdirilmiş qurğuya “Android 8.0 Oreo” quraşdırılıb. Beləliklə, müşahidə etmək olar ki, qurğu istehsalçıları və operatorlar hələ smartfonları yeni platformaya daşımaq barədə düşünmürlər.

“Google” şirkətinə məxsus mobil əməliyyat sisteminin ən geniş yayılmış versiyası “6.0 Marshmallow” hesab edilir. Bu versiyanın bazar payı hazırda 29,7% təşkil edir.

Populyarlığa görə ikinci yerdə “Android” qurğular bazarında 26,3% bazar payına malik “Lollipop” (5.0-5.1) versiyası qərarlaşıb. 23,3% bazar payına malik “Android Nougat 7.0-7.1” versiyaları ilk üçlükdə yer alıblar.

Emil Hüseynov





12/12/17    Çap et