Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“Twitter” istifadəçiləri artıq gün ərzində 250 milyon tvit dərc edirlər


“Twitter” şirkətinin rəhbəri Dik Kastolo San-Fransiskoda keçirilmiş “Web 2.0 Summit” konfransında çıxışı zamanı bildirib ki, xidmət istifadəçiləri artıq gün ərzində təxminən 250 milyon tvit dərc edirlər. Keçən ilin sentyabr ayında bu göstərici yalnız 90 milyon tvit təşkil edib. Bu, 177% artım deməkdir.

Həmçinin “Twitter” xidmətinin aktiv istifadəçilərinin sayı artıb; ilin əvvəlində xidmətin 100 milyon istifadəçisindən təxminən 30%-i hər gün xidmətə daxil olub.

Hal-hazırda bu göstərici 50%-dən çoxdur. “Twitter”in CEO-un sözlərinə əsasən, bu xidmətin populyarlığının artmasına “Twitter”in bu yaxınlarda “iOS 5” əməliyyat sistemi ilə inteqrasiya edilməsi əhəmiyyətli dərəcədə təsir edib.




18/10/11    Çap et