Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“Microsoft” fotonu kompüterə sürətli ötürmək üçün mobil proqram istifadəyə verib


“Microsoft” korporasiyası tərəfindən təqdim edilmiş mobil proqram “iOS” sisteminin idarəetməsi altında işləyən qurğulardan fotoşəkili “Windows 10” platforması ilə işləyən kompüterə sürətli şəkildə ötürməyə kömək edəcək.

“ICTnews” Elektron Xəbər Xidməti “macdigger.ru” saytına istinadən yazır ki, "Photos Companion" adlı sözügedən mobil proqramı “App Store”dan pulsuz yükləmək olar.

Proqramçılar belə hesab edirlər ki, bu mobil proqram, ilk növbədə, ehtiyat surət yaratmayan və “iCloud”, “Google Drive”, “DropBox” və ya “OneDrive” kimi “bulud” xidmətlərindən istifadə etməyən istifadəçilər üçün nəzərdə tutulub. “Microsoft”un nümayəndələri əmindirlər ki, bu proqram tələbələr arasında böyük populyarlıq qazanacaq.

“Windows 10” sisteminə inteqrasiya edilmiş foto proqramla əlaqə saxlamaq üçün "Photos Companion" mobil tətbiqi xüsusi QR kodu oxumalıdır. Bundan sonra hər iki qurğu eyni “Wi-Fi” şəbəkəsinə qoşulduğu halda şəkilləri ötürmək mümkün olacaq.

Emil Hüseynov





16/02/18    Çap et