Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“Əşyalar interneti” üçün yeni platforma təqdim olunub


"Qualcomm" şirkəti quraşdırılan qurğular və "Əşyalar interneti" konsepsiyası üçün yeni aparat platforması – "Snapdragon 820E" prosessoru ilə təchiz edilən sistem təqdim edib.
 
"ICTnews" Elektron Xəbər Xidməti "Servernews" resursuna istinadən yazır ki, həllin əsasını "Snapdragon 820" mobil prosessoru təşkil edir. Platforma 2,15 QHs takt tezlikli 64 bitlik dörd "Qualcomm Kryo" nüvəsini birləşdirir. Bundan başqa, "LPDDR4" operativ yaddaşı, eləcə də "UFS 2.0" və "eMMC 5.1" fləş-yaddaşı dəstəklənir.
 
Qrafik hissə "Adreno 530" kontrollerinə əsaslanır. 3840 × 2400 piksel təsvir ölçülü ekranların və 28 milyon piksel təsvir ölçüsünə malik kameraların dəstəklənməsi bildirilir. Bundan əlavə, "4К" formatlı videonun saniyədə 60 kadr sürətlə emalı dəstəklənir.
 
Həllə "Wi-Fi 802.11ac 2x2 MU-MIMO" və "Bluetooth 4.2" simsiz rabitə kontrollerləri, "GPS/GLONASS" peyk naviqasiya sistemləri qəbuledicisi daxildir. Bununla yanaşı, mobil rabitə dəstəklənmir. Platformanın qabaritləri 15,6 × 15 × 0,64 mm təşkil edir.
 
İnterfeyslər arasında "I2S", "MIPI-CSI", "MIPI-DSI", "PCIe 2.0", "PCM", "USB 2.0", "USB 3.0" və s. sadalanır.
 
Qeyd olunur ki, "Snapdragon 820E" platforması kompüter görmə və süni intellekt funksiyalarına malik qurğuların yaradılması üçün nəzərdə tutulub. O, həmçinin virtual reallıq, robot texnikası və s. seqmentlərdə tətbiq edilə bilər.
 
Nizam Nuriyev






24/02/18    Çap et