Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“Samsung” şirkəti yeni smartfonlarını təqdim edib (VİDEO)


"Samsung" korporasiyası yeni "Galaxy S9" və "S9 Plus" smartfonlarını təqdim edib.

"ICTnews" Elektron Xəbər Xidməti "lenta.ru" saytına istinadən yazır ki, qurğunun standart versiyası 2960x1440 nöqtə təsvir ölçülü 5,8 düymlük ekranla təchiz edilib. "Galaxy" seriyasının əvvəlki nəslindən fərqli olaraq barmaq izləri skaneri indi kameranın alt hissəsində yerləşib. "Plus" versiya eyni təsvir ölçülü 6,2 düymlük ekranla təchiz edilib.

Hər iki aparat səkkiznüvəli "Exynos 9810" prosessoru ilə təchiz edilib. Standart versiya 4 QB-lıq, "plus" versiya isə 6 QB-lıq əməli yaddaşa malikdir. Həmçinin smartfonlar ikiqat diafraqma (f/1.5-f/2.4) və optik sabitləşmə sisteminə malik əsas kamera ilə təchiz ediliblər. Ancaq "S9 Plus" smartfonu əlavə genişbucaqlı kameraya malikdir.

"Samsung", həmçinin "selfimodzi" texnologiyasını nümayiş etdirib. Sözügedən texnologiya sayəsində real insanlara oxşar emoji yaratmaq və videomesaj göndərmək olar.

Emil Hüseynov







26/02/18    Çap et