Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

İsveçrəli mühəndislər rəqs edən robot təqdim ediblər (VİDEO)


İsveçrə Federal Texnologiya İnstitutunun mühəndisləri bir neçə il bundan öncə hazırlanmış "Anymal" adlı dördayaqlı robotun bacarıqlarını genişləndiriblər. Əvvəllər liftdən istifadə və müxtəlif maneələri dəf edə bilən robot indi, həmçinin musiqi sədaları altında rəqs edir.

"ICTnews" Elektron Xəbər Xidməti "hitech.newsru.ru" saytına istinadən yazır ki, "Anymal" adlı robotun yeni qabiliyyətlərini qiymətləndirməyə imkan verən qısamüddətli çarx "YouTube" videohostinqində dərc olunub. Texnologiyanın təsvirinə əsasən, robotun daxili mikrofonu səslənən musiqini yazır, xüsusi proqram isə həmin musiqinin tempini təhlil edir və verilənlər bazasından müvafiq hərəkəti seçərək onu musiqi tempi ilə sinxronlaşdırır.

Proqramın imkanları, həmçinin robota musiqi tempinin dəyişilməsi vaxtı öz rəqsini dəyişdirməyə imkan verir: "Anymal" robotu bir neçə saniyə əvvəlki kimi hərəkət etməyə davam edir, bundan sonra yeni musiqi sədalarına uyğun rəqs edir.

Emil Hüseynov







14/03/18    Çap et