Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

RİTN-də seminar keçiriləcək


Sabah Rabitə və İnformasiya Texnologiyaları Nazirliyində nazirliyin aparatında çalışan dövlət qulluqçuları üçün seminar keçiriləcək.
“Korrupsiyaya qarşı mübarizə, şəffaflığın artırılması və dövlət qulluqçularının etik davranış qaydaları” mövzusunda keçiriləcək seminarın əsas məqsədi dövlət qulluqçularının bu istiqamətdə maarifləndirilməsinin onların xidməti vəzifələrinin yerinə yetirilməsində dövlət orqanının və dövlət qulluğunun nüfuzunun artırılması, vətəndaşların dövlət orqanlarına və dövlət qulluqçularına etimadının yüksəldilməsi, əməkdaşların xidməti davranışı, habelə fəaliyyətlərində səmərəliliyin və şəffaflığın artırılmasından ibarətdir. Seminarda nazirliyin Hüquq və kadrlar şöbəsinin müdiri Bəxtiyar Məmmədovun mövzu ilə bağlı məruzəsi dinləniləcək, suallar cavablandırılacaq.
Qeyd edək ki, RİTN tərəfindən mövzu ilə bağlı ayrı-ayrı regionlarda da tədbirlərin keçirilməsi nəzərdə tutulub.




16/06/11    Çap et