Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

İşıq üzü görməyən “iPhone X” modelinin fotoşəkilləri dərc olunub


ABŞ Federal Rabitə Komissiyasının saytında işıq üzü görməyən qızılı rəngli “iPhone X” smartfon modelinin fotoşəkilləri dərc edilib.
 
“ICTnews” Elektron Xəbər Xidməti “Life” resursuna istinadən yazır ki, bundan əvvəl qızılı rəngli “iPhone” smartfonunun buraxılışı digər üç modellə birlikdə planlaşdırılıb. Ehtimal olunur ki, “Apple” şirkəti istehsal çətinlikləri ilə üzləşib və bununla əlaqədar versiyalardan birinin buraxılışı təxirə salınıb. Şirkət tərəfindən bu məlumatlar hələ ki təsdiq edilməyib.
 
Qeyd edək ki, ötən ilin payızında satışa çıxarılan sonuncu “iPhone” modelinin korpusu iki - qara və ağ rəngdə təqdim olunub.
 
Nizam Nuriyev






16/04/18    Çap et