Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

"VKontakte" sosial şəbəkəsi səsli zəng və videozəng funksiyalarını istifadəyə verib


"VKontakte" sosial şəbəkəsinin “iOS” və “Android” platformaları üçün mobil proqramlarında səsli zəng və videozəng funksiyaları əlçatan olub. Hələ ki yeni funksiyalar bütün istifadəçilər üçün əlçatan deyil, amma proqramçılar söz veriblər ki, yaxın həftələr ərzində hamı yeniliklərdən istifadə edə biləcək.

“ICTnews” Elektron Xəbər Xidməti “belta.by” saytına istinadən yazır ki, "VKontakte"nin nümayəndələri bildiriblər  ki, onlar istifadəçilər arasında ünsiyyəti maksimum dərəcədə asanlaşdırmağa çalışırlar.

Profil və ya dialoqdakı xüsusi düyməyə sıxmaqla zəng etmək mümkündür. Həmçinin hər kəs ona zəng edə biləcək şəxsləri müəyyənləşdirə bilər.

Emil Hüseynov






30/04/18    Çap et