Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“Xiaomi” şirkəti sensor ekrana malik yeni “Mi Band 3” fitnes bilərziyini təqdim edib


Çinin “Xiaomi” şirkəti sensor ekrana malik yeni nəsil “Mi Band 3” fitnes bilərziyini təqdim edib.

“ICTnews” Elektron Xəbər Xidməti “life.ru” saytına istinadən yazır ki, “Xiaomi Mi Band 3” fitnes bilərziyi sensor OLED ekranla təchiz edilib və görünüşcə əvvəlki nəsil elektron qurğusunu xatırladır. Həmçinin cihaza ürək ritminin skaneri quraşdırılıb. “Xiaomi Mi Band 3” bilərziyinin qayışı çıxarılıb taxılandır.

Fitnes bilərzik damcı formasında hazırlanıb. Displey bilərziyin üstündən 2  mm yuxarıda yerləşdirilib. İstehsalçılar bu üsulla displeyi mümkün zədələnmədən qorumaq niyyətindədir.

Emil Hüseynov






01/05/18    Çap et