Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“Chrome” brauzerində videonun avtomatik işə salınması bloklanıb


"Google" şirkəti "Chrome" masaüstü brauzerinin yeni versiyasını çıxarıb. "Chrome 66" versiyasında bir çox istifadəçiləri qıcıqlandıran səsli videonun avtomatik işə düşməsi, demək olar ki, tamamilə bloklanıb. Həm də bloklama və ya videonun işə salınması istifadəçi baxışlarının tarixçəsindən asılıdır.
 
"ICTnews" Elektron Xəbər Xidməti "ferra.ru" saytına istinadən yazır ki, saytlarda səsli videonun avtomatik işə salınması üçün onlar (saytlar) "Chrome 66" versiyasında tətbiq edilmiş yeni meyarlara uyğun olmalıdır.
 
Emil Hüseynov






07/05/18    Çap et