Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Kollec tələbələri İT karyeranın üstünlükləri barədə məlumatlandırılıb


Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Elektron Hökumət Təlim-Tədris Mərkəzi informasiya texnologiyaları (İT) sahəsi üzrə karyera imkanlarına dair maarifləndirmə məqsədli tədbirləri davam etdirir.
 
Bu istiqamətdə növbəti tədbir Azərbaycan Texniki Universitetinin nəzdində fəaliyyət göstərən Bakı Dövlət Rabitə və Nəqliyyat Kollecində keçirilib.
 
Tədbir çərçivəsində Elektron Hökumət Təlim-Tədris Mərkəzi ilə Bakı Dövlət Rabitə və Nəqliyyat Kolleci arasında əməkdaşlıq imkanları müzakirə olunub.
 
Mərkəzin direktoru Rauf Cabarov çıxış edərək İT sahəsinin perspektivlərindən, bu sahənin tələbələrin gələcək karyeralarındakı önəmindən danışıb.
 
Daha sonra seminarda mərkəzin əməkdaşları tərəfindən İKT üzrə təlim imkanları, beynəlxalq sertifikasiya proqramları, tələbələr üçün karyera imkanları və sosial layihələr barədə təqdimatlar nümayiş etdirilib.
 
Tədbirin sonunda kollecin tələbələri və müəllim heyəti ilə müzakirələr aparılıb.

 










08/05/18    Çap et