Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Hakerlər “YouTube” videohostinqində “Microsoft” kanalını “sındırıblar”


“YouTube” videoxidmətində “Microsoft” şirkətinin rəsmi kanalı dünən, oktyabr ayının 23-də naməlum hakerlər tərəfindən “sındırılıb”. “Microsoft” kanalına giriş əldə edən hakerlər yüklənmiş videoçarxları silib və əvəzində sponsorların axtarışı haqqında təkliflər yerləşdiriblər.

Sonra proqram nəhənginin nümayəndələri kanala girişi bərpa etdiklərini bildiriblər. "Biz “YouTube” videohostinqində “Microsoft” kanalı üzərində nəzarəti bərpa etmişik və orijinal məzmunun geri qaytarılması üzərində işləyirik. Gələcəkdə belə hadisələrin təkrarlanmaması üçün biz “YouTube” ilə birgə işləməyə davam edəcəyik" – “Microsoft” korporasiyasından bildirilib.




24/10/11    Çap et