Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“YouTube”da musiqi servisi istifadəyə veriləcək


Mayın 22-dən etibarən istifadəçilərə həm pulsuz, həm də abunə ilə musiqi dinləməyə və musiqi kliplərinə baxmağa imkan verən yeni “YouTube Music” musiqi servisi istifadəyə veriləcək. Bu barədə şirkətin bloqunda deyilir.
 
“ICTnews” Elektron Xəbər Xidməti “Belta” resursuna istinadən yazır ki, məlumata görə, “YouTube Music” musiqi üçün yaradılan yeni musiqi servisidir: rəsmi mahnılar, albomlar, minlərlə musiqi nömrəsi və musiqi radiosu, eləcə də geniş “YouTube” remiksləri, canlı çıxışlar və musiqi klipləri.
 
Bundan başqa, servis istifadəçinin davranış tarixçəsinə əsaslanan tövsiyələrin yaradılması üçün adaptasiya ediləcək.
 
“YouTube Music” servisindən reklamla pulsuz versiyada yararlanmaq, eləcə də aylıq 9,99 dollar ödəməklə reklamsız “YouTube Music Premium” versiyasına abunə olmaq mümkün olacaq. “YouTube Music Premium” musiqini oflayn dinləməyə, videonu fonlu rejimdə seyr etməyə imkan verəcək. Bundan əlavə, bütün musiqi imkanları ilə yanaşı, orijinal “YouTube” kontentinə reklamsız (o cümlədən şəxsi verilişlər) baxmaq üçün 11,99 dollar ödəyərək abunə olmağa şərait yaradılacaq.
 
Nizam Nuriyev






18/05/18    Çap et