Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“Microsoft” süni intellekt sahəsində həllərlə məşğul olan şirkət satın alıb


"Microsoft" korporasiyası süni intellekt sahəsində həllərlə məşğul olan "Semantic Machines" şirkətini satın alıb.

"ICTnews" Elektron Xəbər Xidməti "hitech.newsru.ru" saytına istinadən yazır ki, bu haqda "Microsoft"un bloqunda məlumat verilib. Sövdələşmənin məbləği açıqlanmayıb. Məlumata görə, "Semantic Machines" şirkətinin süni intellekt sahəsində həlləri "Cortana" adlı səsli köməkçi, həmçinin "Azure Bot" və "Xiaolce" xidmətlərinin inkişafında istifadə ediləcək. Bundan başqa, "Microsoft"un nümayəndəsi bildirib ki, korporasiya Berklidə süni intellekt sahəsində tədqiqatlar üçün mərkəz yaratmaq niyyətindədir.

Məlumat üçün bildirək ki, "Semantic Machines" şirkəti 2014-cü ildə təsis edilib.

Sözügedən şirkətdə yaradılmış texnologiyalar çatbot və səsli köməkçilərə istifadəçi ilə daha təbii ünsiyyət qurmağa imkan verir.

Emil Hüseynov






22/05/18    Çap et